“Caucasus Auto Import”- выражает глубокую скорбь в связи с случившейся трагедией в Шове. Мы приносим свои соболезнования семьям погибших.
16 may 2021-ci il tarixində Caucasus Auto Import təşkilatçılığı və “Rustavservis Mərkəzinin” köməyi ilə Rustavi mərkəzi parkında böyük ağcaqayın, cökə, həmişəyaşıl palıd və gürcü palıdı cinslərinin 215 tingi əkilmişdir ki, hansıların orta yaşı 5 ildir və hündürlüyü 2 metrdən 5 metrə qədər dəyşir.
Caucasus Auto Import üçün ətraf mühiti qorumaq və ekologiyaya qayğı göstərmək əhəmiyyətli dəyərdir, bu səbəbdən də yüksək sosial məsuliyyətli şirkət kimi, gələcəkdə də bənzər layihə və kampaniyalarda iştirak edəcəyik.
7 noyabr 2020-ci il tarixində Caucasus Auto Import gümüş liqasının 2019/20-ci illərin mövsümünün çempionu olmuşdur!
Biznes liqa futbol çempionatıdır, hansında gürcü şirkətləri yarışırlar. Final matçında Caucasus Auto Import və Gürcüstan Bankı bir-biri ilə yarışmışdılar. Matç bizim şirkətimizin xeyrinə - 7:3 başa çatmışdır.
Caucasus Auto Import, biznes liqanın rəsmi sponsoru kimi, görüşün ən yaxşı bombardirini FIAT 500 ilə mükafatlandırmışdır.
Qafqaz Avto İdxalının əməkdaşı potensial avtodilerə zəng edərkən tamamilə başqa yerə düşdükdən sonra nələr olduğuna baxın.
Qafqaz Biznes Qrupunun (cbg.ge) lider şirkəti olan Caucasus Auto Import həmrəylik əlaməti olaraq, sosial məsuliyyət çərçivəsində ölkənin, hökumətin və tibbi işçi heyətinin koronavirusun yayılmasına qarşı və xəstələnmiş vətəndaşların sağalması üçün fədakar mübarizədə proaktiv dəstəkləməsini davam etdirir.
Bu dəfə şirkət Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının rəhbərliyi ilə razılaşma ilə, klinikada koronavirusa yoluxmuş vətəndaşların sağalması üçün ön xətdə fədakar mübarizəyə qoşulmuş hər bər və bütün 161 tibb bacısına hədiyyə olaraq, onların şəxsi bank hesabına 1000 lari köçürmüşdür.
Hədiyyə ilə əlaqədar olaraq dövlət qarşısında yaranan bütün vergi öhdəliklərini şirkət ödəyəcəkdir.
Caucasus Auto Import öz imkanlarının maksimumu daxilində gələcəkdə də ölkəni və vətəndaşları dəstəkləməyə davam edəcəkdir.
Teslanın büdcə modeli ilə nə baş verir?
İlon Mask, qiyməti MODEL-3 və MODEL-Y modellərinin qiymətinin yarısı qədər olacaq yeni TESLA elektrik avtomobili haqqında yenidən danışmağa başlayıb. Tesla yeni modelin qiymətinin 25.000 dollar olmasını istəyir. Büdcə modellərinin istehsalının həcmi digər modellərin istehsalını üstələyəcək. Bu layihə hələ də qiyməti 37.000 ABŞ dolları olan və hələ də əsas vəzifə olaraq qalan MODEL-3-ün istehsalı layihəsini nəzərdən keçirməzdən əvvəl şirkət tərəfindən hazırlanmışdır.
2020-ci ildə Elon Musk demişdi: “Bu gündən və təxminən üç il ərzində biz 25.000 dollara başa gələcək və tamamilə avtonom olacaq elektrik avtomobili yaradacağımıza inanırıq”.
2022-ci ilin əvvəlində, Tesla Cybertruck və Semi istehsalına diqqət yetirdikdə və həmçinin yeni fabriklərin tikintisinə diqqət yetirdikdə layihə dayandırıldı. Bu mərhələdə proses artıq dizayn studiyasına çatıb, onun istehsalına başlanmalıdır. Təqdimatın nə qədər doğru zamanda təqdim ediləcəyi hələlik məlum deyil.
2 oktyabr 2022-ci il tarixində “Engur Attraksion” MMC-nin təşəbbüsü ilə Ənuqəs yaxınlığında yerləşən Potsxoteri kəndinin əhalisinə dəstək məqsədilə müxtəlif növ xeyriyyə aksiyaları keçirilmişdir. Onların arasında Sandro Mrevlişvili adına Tbilisi Bələdiyyə Teatrının tamaşası da olub. Kavkaz Auto Import komandası Batumi Nəbatat Bağının nümayəndələri ilə birlikdə Enguri su elektrik stansiyasının ətrafının yaşıllaşdırılması kampaniyasında iştirak edib.
Potsxoeteri məktəbində 50-yə yaxın şagird təhsil alır. Onların məktəbdə kompüter və proktor təhcizadlarının olması arzusu var idi. Caucasian Auto Import xeyriyyə aksiyası çərçivəsində məktəbə lazımi avadanlıq hədiyyə edib. Ümid edirik ki, kompüter aləmi tələbələrin gündəlik həyatını və öyrənmə prosesini canlandıracaq.
Onlar filmlərə baxa, məlumat tapa və təqdimat edə biləcəklər.
Müəllimlər dərsləri daha maraqlı formatda keçirə biləcəklər.
Kavkaz Auto Import üçün sosial məsuliyyət əsas dəyərdir.
Hər bir uşağın keyfiyyətli və müasir təhsil alması üçün lazımi şəraitin olması bizim üçün vacibdir.
Final matçında bizim komandamız orduya qarşı çıxdı və onu penaltilər seriyasında 5:4 məğlub etmişdir.
Bizim şirkətimiz “Biznes Çempionlar Liqasında” yarışdığı müddət ərzində, “Bürünc Liqanın” və “Gümüş Liqanın” kuboklarını əldə etmiş və “Qızıl Liqanın” vitse-çempionu da olmuşdur.
Biz çempion komandamızın üzvlərinə və pərəstişkarlarımıza təşəkkür edirik!
26/03/2020
Bizim şirkətimiz ölkədə koronavirusun yayılması və iqtisadi vəziyyətin gözlənilən ağırlaşması ilə əlaqədar olaraq bizim yoluxmuş vətəndaşlarımızın sürətlə sağalması üçün ölkənin virusun yayılmasına qarşı mübarizəsinə qoşulmaq qərarına gəlmişdir.
Hazırki mərhələdə şirkətin iştirakı fonda 150,000 lari məbləğində pul töhvəsinin verilməsində ifadə edilmişdir. Caucasus Auto Import şirkəti öz imkanlarının maksimumu daxilində gələcəkdə də ölkəni və vətəndaşları dəstəkləməyə davam edəcəkdir.
Sizə sağlamlıq arzulayırıq!