Qayda və şərtlər
Qarşıdakı veb saytdan istifadə edilməsi Gürcüstanın qüvvədə olan qanunvericiliyi və “Qafqaz Avto İdxalı” MMC (e/n 202241396, ünvan: Ağmaşenebeli prospekti 156, Tbilisi 0112) tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə tənzimlənir.
“İdxalçı” və “biz” terminləri “Qafqaz Avto İdxalı” MMC-ni (eləcə də onun holdinqinin üzvü olan törəmə şirkətlərini), “siz” və “istifadəçi” terminləri isə “Qafqaz Avto İdxalı” MMC-nin WWW.CAI.GE veb saytından istifadə edən fərdi, şirkəti və ya təşkilati törəməni nəzərdə tutur.
Sizin tərəfinizdən saytdan istifadə edilməsini tənzimləyən qarşıdakı qayda və şərtlər ilə diqqətlə tanış olmağınızı xahiş edirik. Əgər qarşıdakı qayda və şərtlər ilə razı deyilsinizsə, saytı tərk etməyinizi və ondan istifadə etməyə davam etdirməməyinizi xahiş edirik.
Siz veb saytın qonağı olmaqla və ya onda dərc edilmiş məlumatdan istifadə etməklə təsdiq edirsiniz ki, göstərilmiş bütün qaydalarla tamamilə razısınız, hansılar “Qafqaz Avto İdxalı” MMC tərəfindən müəyyən dövriliklə birtərəfli qaydada dəyişdirilə bilər ki, bu da həmin veb saytda qeyd ediləcəkdir və onun qonağı olmağınız müvafiq şərtlərlə razılaşmaq deməkdir. Bununla yanaşı, idxalçı tərəfindən həyata keçirilmiş istənilən dəyişiklik Gürcüstanın qüvvədə olan qanunvericiliyinə tamamilə uyğun olacaqdır.
İdxalçının saytında yerləşdirilmiş məlumat, əksər hallarda, avtomobilin satın alınması və onun idxal edilməsi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub. Saytda yerləşdirilmiş məlumat dünyanın hər hansı bir coğrafi arealında əlçatan olmaya bilər.
Məlumatın dəqiqliyi
İdxalçı veb-səhifələrdə yerləşdirilmiş istənilən və/və ya hər bir faktın və/və ya məlumatın məzmununun tam dəqiqliyi üçün məsuliyyət daşımır. Sizə həqiqi məlumatı təqdim etmək üçün bizim böyük səyimizə baxmayaraq, kiçik, lakin yenə də yolverilən ehtimal mövcuddur ki, hər hansı bir fakt və/və ya məlumat tam dəqiq və bütün tenxiki nöqsanlardan sığortalanmış olmayacaqdır.
İdxalçının veb-səhifələrində mövcud olan istənilən məlumat “Olduğu kimi” (“As Is”) başlanğıcında göstərilib. Müvafiq olaraq, veb-səhifələrdə mövcud olan istənilən məlumatdan istifadə edilməsi tamamilə istifadəçinin şəxsi riskidir və idxalçı veb-səhifələrdə dərc edilmiş məlumatdan istifadə edilməsi ilə vurulan ziyan üçün məsuliyyət daşımır. Qarşıdakı şərtləndirmə idxalçının saytında yerləşdirilmiş müqavilələrə, müqavilə şərtləndirmələrinə və/və ya digər hüquqi sənədlərə aid deyildir.
Məsuliyyətin məhdudlaşdırılması
İdxaçlı və onun müvafiq əməkdaşları yaranan nəticə üçün məsuliyyət daşımırlar, hansı ki, birbaşa, qeyri-birbaşa, xüsusi, təsadüfi, səbəb-nəticə və ya qeyri-müqavilə ziyanını ehtiva edir, bu da veb-səhifələrdə mövcud olan məlumatın mümkün və/və ya texniki və/və ya digər növ nöqsanı və/və ya düzgün olmaması səbəbindən yaranıb və/və ya yarana bilər. Texniki ləngimə, nöqsan, əməliyyat ləğv edildiyi/dayandırıldığı, kompüter virusu və ya sistemin nasazlığı təqdirində idxalçı veb-səhifələrdən istifadə etməklə yaranan hər hansı növ ziyan və itki üçün məsuliyyət daşımır. Veb-səhifələrdə təqdim edilən məzmunun əlçatanlığı axtarış sisteminin funksiya və məhdudiyyətlərindən asılı ola bilər.
İdxalçı elə bir hallar üçün məsuliyyəti öhdəsinə götürmür ki, əgər veb-səhifələrin müəyyən tərkib komponentləri sizin üçün müvəqqəti olaraq əlçatan deyildirsə.
Veb saytdan istifadə edilmə
Veb saytda yerləşdirilmiş məlumat yalnız istifadəçilərin şəxsi istifadəsi üçün nəzərdə tutulub. Siz idxalçının əvvəlcədən yazılı razılığı olmadan veb saytda yerləşdirilmiş məlumatı, eləcə də veb saytın strukturunu, təsviri və dizaynı kommersiya məqsədləri üçün yaymamalı, ötürməməli və onun surətlərini hazırlamamalı və/və ya reproduksiya etməməlisiniz (o cümlədən, sosial mediada) ki, bu da bizim təkbaşına diskresiyamızdır. Əgər veb saytda yerləşdirilmiş məlumatdan/məzmundan idxaçlının əvvəlcədən bildirilmiş razılığına uyğun olaraq və şəxsi istifadə, təhsil və ya məlumat məqsədləri üçün istifadə edilirsə, idxaçlının əvvəlcədən yazılı razılığı tələb olunmur.
Veb saytdan və sistemdən avtorizasiya olunmamış şəkildə istifadə edilməsi (o cümlədən, mövcud olmayan ad və kod ilə) qəti olaraq qadağandır. Qeydiyyat və paroldan istifadə edilmə tələb edildiyi yerdə Siz məlumatı məxfi saxlamalı və Sizin əvəzinizdən üçüncü şəxsin veb sayta girişinə yol verməməlisiniz. İstifadəçi sayta giriş üçün lazım olan məlumatı, o cümlədən, parolu və sair sirr olaraq saxlamalıdır. İstifadəçi tərəfindən həmin göstərişin pozulması və üçüncü şəxsə veb sayta ixtiyari və ya qeyri-ixtiyari olaraq buraxılma, eləcə də bu cür buraxılmadan sonra yaranan nəticələr üçün hər hansı növ məsuliyyət idxalçının üzərindən götürülür. Veb saytın hər hansı bir konkret səhifəsində qarşıdakı qayda və şərtlərdən fərqli təlimatlar ola bilər, o cümlədən, kolliziya mövcud olduğu təqdirdə, üstünlük qarşıdakı təlimatlara verilir. İdxalçının veb saytından istifadə etdiyiniz zaman Sizə qeyri-qanuni/fırıldaqçılıq hərəkətini etmək, böhtan, nifrət dili ilə danışmaq və ya digər arzuolunmaz məlumatı yerləşdirmək, yaymaq/transmissiya etmək qadağandır, bu da qüvvədə olan qanunvericiliyi və requlyasiyanı poza və ya idxalçının işgüzar reputasiyasına ziyan vura bilər. Eləcə də sizə istənilən növ zərərli proqram vasitəsilə (“Troya atı”, “Məntiq bombası” və s.) veb sayta ziyan vurmaq və ya digər bənzər hərəkətləri həyata keçirmək qadağandır. Veb sayta daxil olmaq üçün istifadə edilmiş istənilən proqram modulunun (telefon, kompüter və sair) nasazlığı və/və ya üçüncü şəxsə ötürülməsi/açıqlanması/buraxılması sizin təkbaşına riskinizdir. Əgər veb sayta giriş qeyri-mümkün olarsa, idxalçı yaranan nəticələr üçün məsuliyyət daşımır.
Vebsaytdan istifadə etməklə və/və ya qeydiyyatdan keçməklə təsdiq edirsiniz, siz, təsisçiləriniz, rəhbər və ya icraçı/nəzarət orqanının üzvləri, həm də benefisiar sahib(lər). və/və ya onlarla əlaqəli şəxslər saytda qeydiyyatdan keçməzdən əvvəl və/və ya qeydiyyat müddəti ərzində istənilən vaxt:
1.1. Birləşmiş Millətlər Təşkilatına daxil deyillər/olmayacaqlar (Birləşmiş Millətlər) və/və ya Avropa İttifaqı , və/və ya Birləşmiş Krallıq (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) və/və ya ABŞ Xarici Aktivlərə Nəzarət Bölməsi (OFAC), Dövlət Departamenti, Ticarət Nazirliyi və/və ya Gürcüstan və/və ya hər hansı digər dövlət və/və ya beynəlxalq təşkilat (bundan sonra birlikdə və ya ayrıca "səlahiyyətli şəxs(lər) tərəfindən sanksiya tətbiq edilən şəxslərin siyahısında (bundan sonra “səlahiyyətli şəxslərin siyahısı”), o cümlədən terrorizmə və/və ya səlahiyyətli şəxs(lər) tərəfindən vaxtaşırı müəyyən edilən hər hansı digər fəaliyyətə dəstək üçün.
1.2. Səlahiyyətli şəxs(lər) tərəfindən tam ticarət sanksiyalarına/məhdudiyyətlərinə məruz qalan ölkənin rezidentləri deyillər/rezidentləri olmayacaqlar.
1.3. Birbaşa və/və ya dolayı yolla, o cümlədən başqa şəxs(lər) vasitəsilə hər hansı şəxslə hər hansı əməliyyatın bağlanmaması və ya/ilhaqa daxil olan/olacaq birlik ilə şəxslərin siyahısında və/və ya tam ticarət sanksiyalarına/məhdudiyyətlərinə məruz qalan ölkənin rezidentidir.
1.4. Birbaşa və/və ya dolayı yolla, o cümlədən başqa şəxs(lər) vasitəsilə heç bir növ aktivi/əmlakı heç bir şəxsə və/və ya birliyə ötürməmək/verməmək, sanksiya tətbiq edilən şəxslərin siyahısına kimlər daxildir/daxil ediləcək və/yaxud hansı dövlətin rezidentidir Səlahiyyətli şəxs(lər) tərəfindən tam ticarət sanksiyaları/məhdudiyyətləri tətbiq edilir.
1.5. Bilavasitə və/və ya dolayı yolla, o cümlədən başqa şəxs(lər) vasitəsilə belə əmlak/aktiv/məhsul/xidmətlə bağlı hər hansı əməliyyata girmir, tam və/və ya məqsədyönlü və/və ya sektoral sanksiyalara/məhdudiyyətlərə məruz qalan, o cümlədən birbaşa və/və ya dolayı yolla, o cümlədən başqa şəxs(lər) vasitəsilə nəqliyyat vasitələrini Rusiya Federasiyasına təkrar ixrac etməmiş.
Əqli mülkiyyət
Sayta, onun məzmununa, strukturu və dizaynına “Qafqaz Avto İdxalı” MMC-nin müəllif hüquqları tamamilə şamil edilir. İdxalçının müəllif və digər əqli mülkiyyət hüquqları qarşıdakı sayta və onda mövcud olan bütün məzmuna şamil edilir. Qarşıdakı saytda göstərilmiş istənilən məlumatdan/məzmundan, o cümlədən, loqodan, şəkildən, təsvirdən, patentdən, xidmətdən/əmtəə nişanlarından, dizayndan və digər əqli mülkiyyətdən (qeydiyyata alınmış və ya qeydiyyata alınmamış) idxalçının əvvəlcədən yazılı razılığı olmadan icazəsiz istifadə etmək, işləmək və dərc etmək (o cümlədən, sosial mediada) qadağandır. Əgər qarşıdakı məlumatlardan istifadə edilmə qeyri-kommersiya, şəxsi məqsədlər üçün həyata keçirilir və Gürcüstan qanunvericiliyi və ya müvafiq beynəlxalq requlyasiya əvvəlcədən razılığı nəzərdə tutmadığı hallarda idxalçının razılığı tələb olunmur.
İstifadəçilər tərəfindən veb saytdan istənilən məlumatın kommersiya məqsədləri üçün köçürülməsi və ya surətinin hazırlanması Gürcüstan qanunvericiliyinin pozulması kimi hesab ediləcəkdir. Əgər idxalçının hər hansı bir veb-səhifəsi istifadəçilərə çatı, interaksiyanı və ya dialoqu/diskussiyanı aparmaq imkanını verirsə, siz bu cür kommunikasiya zamanı yalnız elə bir məlumatlardan istifadə etməlisiniz ki, hansılar üzərində əqli mülkiyyətə sahibsiniz və ya müvafiq şəxsin yazılı razılığınız vardır. Bununla yanaşı, bu cür kommunikasiyanı aparmaqla, idxalçıya Sizin tərəfinizdən yerləşdirilmiş məlumatı qanuni, kommunikasiya/məlumat (o cümlədən, sərgiləmək, müsabiqədə iştirak etmək üçün) məqsədləri üçün işləmək hüququnu verirsiniz. İdxalçının qrupunun üzvü olan şirkətlər idxalçının əmtəə nişanından, adından və idxalçının mülkiyəti olan loqotipindən istifadə edə bilərlər. İdxalçının veb saytında göstərilmiş şirkətlərin adları, əmtəə nişanları, loqoları və digər əmlak və/və ya qeyri-əmlak əqli hüquqları müvafiq şəxslərə məxsusdurlar.
Məxfiliyə riayət edilmə
“Qafqaz Avto İdxalı” MMC qanunvericiliklə müəyyən edilmiş qaydada ona təqdim edilmiş məxfi məlumatın maksimal şəkildə qorunmasını təmin edir. İdxalçı istifadəçinin şəxsi məlumatını zərurətdən irəli gələrək elə bir həcmdə tələb edir və/və ya işləyir ki, hansı ki, effektiv və hüquqi baxımdan düzgün xidmət göstərmək üçün Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və/və ya Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş digər hallarda tələb olunur. İstifadəçi istənilən zaman idxalçıdan onun şəxsi məlumatlarının işlənilməsi barədə məlumatı tələb edə bilər. İdxalçı tərəfindən məxfi məlumatın ötürülməsi istifadəçinin əvvəlcədən razılığı ilə və ya qanunla nəzərdə tutulan digər hallarda bütün müvafiq rəsmilik və prosedurlara riayət etməklə həyata keçirilir.
İdxalçı maksimal olaraq sizin şəxsi məxfi məlumatınızın təhlükəsizliyi və açıqlanmamasına qayğı göstərir, lakin o faktı nəzərə alaraq ki, sizin məlumatlarınızın məsafəli şəkildə təqdim edilmə prosesi şifrələnmiş deyildir, idxalçı həmin məlumatlar idxalçıya təqdim edildiyi zaman (o cümlədən, məsafəli təqdim edilmə zamanı istifadə edilmiş platformalarda) üçüncü şəxslər tərəfindən sizin məlumatlarınıza sanksiyalaşdırılmamış əlçatanlığı üçün məsuliyyəti üzərindən atır. Məxfi məlumat idxalçıya təqdim edildiyi zaman istifadəçi elə bir avtomatik vasitələrdən istifadə etməməlidir ki, hansılar idxalçıda qorunan məlumatların təhlükəsizliyi və qorunması üçün təhlükə yarada bilər.
Veb saytın qonağı olduğunuz zaman sizin tərəfinizdən qoyulmuş istənilən “elektron iz” idxalçı üçün səciyyəvi olan texniki əməliyyatları həyata keçirmək, statistikanı aparmaq və ya saytın keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilə bilər. İdxalçı tərəfindən inzibati funksiyaları effektiv şəkildə yerinə yetirmək üçün şəxsi məlumatlar sizin tərəfinizdən idxalçının elektron poçtuna göndərilə bilər. Sizə bildiririk ki, idxalçı ötürülmə prosesində üçüncü şəxsin sanksiyalaşdırılmamış müdaxiləsi nəticəsində qeyd edilən məlumatın qeyri-qanuni əldə edilməsi və ya istifadəçinin özünün az təhlükəsiz olan elektron vasitələrlə açıqladığı və ya yaydığı məlumat üçün məsuliyyət daşımır.
İstifadəçi dərk etməlidir ki, idxalçı, qanuna tabe olan və yüksək sosial məsuliyyətli şirkət kimi, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətli orqan və qurumlara tabe olmalıdır. Müvafiq olaraq, bu cür orqan və qurumlar (məhkəmə, polis, istintaq və gəlir xidmətləri və s.) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat tələb edildiyi zaman idxalçı bu cür qanuni tələbə tabe olmalı və onlara tələb edilmiş məlumatları açıqlamalıdır.
Qarşıdakı qayda və şərtlər ilə razılaşaraq istifadəçi onunla rəsmiləşdirilmiş müqavilə çərçivəsində idxalçıya verilmiş, istifadəçiyə veb saytda mövcud olan məhsul və ya xidmət barədə bildirişi (o cümlədən, elektron formada: qısa mətnli bildiriş, elektron poçt) göndərmək hüququnu təsdiq edir.
Veb-səhifələrdə göstərilmiş linklər
İdxalçı elə sizin məlumatlılığınızı təmin etmək üçün veb-səhifələrdə hiperlinkləri və üçüncü şəxsin sahibliyində olan veb-səhifələrin linklərini göstərmək səlahiyyətinə malikdir. Üçüncü şəxsin sahibliyində olan linklər və onlarda göstərilmiş məlumat idxalçının nəzarətinə tabe deyildir, onlarda verilmiş məhsulların və məzmunun dəqiqliyi isə idxalçının məsuliyyətinin predmeti deyildir. Müvafiq olaraq, siz üçüncü şəxslərin resurlarında/veb saytında mövcud olan qayda və şərtlər ilə tanış edilməsi üçün məsuliyyət daşıyırsınız.
Dəyişikliyin həyata keçirilməsi
İdxalçı istifadəçilərə əvvəlcədən bildirmədən qarşıdakı qayda və şərtlərə dəyişikliyi daxil etmək səlahiyyətinə malikdir. İstifadəçi qarşıdakı qayda və şərtlər ilə mütəmadi olaraq tanış olmaq üçün məsuliyyət daşıyır. Sizin tərəfinizdən veb saytın qonağı olmaq/göstərilmiş məlumatdan istifadə edilməsi avtomatik olaraq sizin qarşıdakı qayda və şərtlərin tələblərin ilə razı olmağınız deməkdir.
Tənzimləyici hüquq və yurisdiksiya
Qarşıdakı qayda və şərtlər Gürcüstan qanunvericiliyi ilə tənzimlənir. Mübahisə yarandığı təqdirdə, işə qanunvericiliklə müəyyən edilmiş qaydada Gürcüstanın ümumi məhkəmələr sistemi baxacaqdır. Qarşıdakı təlimatların konkret qeydinin etibarsızlığı qayda və şərtlərin digər təlimatların etibarsızlığına səbəb olmur.
Əlaqə məlumatı
Qarşıdakı qayda və şərtlər və veb saytda göstərilmiş məlumat ilə əlaqədar olan istənilən sual mövcud olduğu təqdirdə, bizə aşağıdakı ünvana yazılı şəkildə müraciət etməyinizi: Ağmaşenebeli prospekti 156, altıncı mərtəbə, Tbilisi 0112 və ya Info@caucasusauto.com el-poçt ünvanına bizə yazmağınızı xahiş edirik.