March 30, 2026

İlin ən yaxşı avtomobili uğrunda yarışan modellər

World Car Awards 2026-nın finalçı siyahısı artıq məlumdur. 33 ölkədən 98 aparıcı avtomobil jurnalistindən ibarət münsiflər heyəti hər kateqoriya üzrə ilk üçlüyü müəyyən edib.

Brand
İlin ən yaxşı avtomobili uğrunda yarışan modellər

World Car Awards 2026-nın finalçı siyahısı artıq məlumdur. 33 ölkədən 98 aparıcı avtomobil jurnalistindən ibarət münsiflər heyəti hər kateqoriya üzrə ilk üçlüyü müəyyən edib.

Mükafatlandırma mərasimi ənənəvi olaraq New York International Auto Show-da keçiriləcək və qaliblər 1 aprel 2026-cı ildə elan olunacaq.


Top 3 | 2026-cı ilin ən yaxşı avtomobili

Əsas mükafat uğrunda aşağıdakı modellər yarışacaq:
BMW iX3 (yeni nəsil elektrik SUV), Hyundai Palisade (lüks üç sıra krossover) və Nissan Leaf (daha əlçatan elektrik avtomobili).
Ötən ilin qalibi Kia EV3 olmuşdur.


Top 3 | 2026-cı ilin ən yaxşı elektrik avtomobili

BMW iX3 bu kateqoriyada da yer alır. Onun rəqibləri Mercedes-Benz CLA və Nissan Leaf-dir.


Top 3 | 2026-cı ilin ən yaxşı lüks avtomobilləri

Bu il maraqlı olaraq bu kateqoriyada alman avtomobilləri yoxdur. Finalçılar: Lucid Gravity, Cadillac Vistiq və Volvo ES90.


Top 3 | 2026-cı ilin ən yaxşı performans avtomobilləri

Bu kateqoriyada benzin, hibrid və elektrik güc qurğuları təmsil olunur:
BMW M2 CS – benzin
Chevrolet Corvette E-Ray - hibrid
Hyundai IONIQ 6 N - elektrik


Top 3 | 2026-cı ilin ən yaxşı şəhər avtomobilləri

Finalçılar arasında iki Çin modeli var: Baojun Yep Plus və NIO Firefly EV. Hyundai Venue də siyahıdadır.


Top 3 | 2026-cı ilin ən yaxşı avtomobil dizaynı


Bu kateqoriyada Kia PV5 (van), Mazda EZ-6 və Volvo ES90 yarışır.

World Car Awards 2003-cü ildə təsis olunub. Rekord Audi-yə (11 mükafat), ikinci yer isə Mercedes-Benz-ə (9 mükafat) məxsusdur.

Brand

Kuki ayarları

Biz məzmunu fərdiləşdirmək, reklamları uyğunlaşdırmaq və təcrübənizi təkmilləşdirmək üçün cookie və oxşar texnologiyalardan istifadə edirik. "İcazə ver" düyməsini basmaqla, Cookie Siyasətimizdə izah edildiyi kimi bununla razılaşırsınız.